6 dekabr 2025. Şənbə

İspaniya Avropa çempionu oldu - 19 yaşlılar arasında


İspaniya Avropa çempionu oldu - 19 yaşlılar arasında
19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.

Corner.az-ın məlumatına görə, final matçında İspaniya və Portuqaliyanın müvafiq yaş qrupları üzrə yığmaları qarşılaşıb. Görüşdə ispanlar 2:0 hesablı qələbə qazanaraq Avropa çempionu olublar. İspaniya millisinin heyətində hər iki qolu Ferran Torres (34, 51) qeyd edib.

Qeyd edək ki, U-19-lar arasında AÇ-2019-un final mərhələsi Ermənistanda keçirilib.





Xəbər news