- Xəbər news
- 15:39 14.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
12 iyun tarixində Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan bayrağını avarçəkmə üzrə “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident-Kuboku-2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyıb.
Ardınca, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videomüraciətlə iştirakçılara uğurlar arzulayıb və yarışları açıq elan edib.
90-dək ölkədən 3000-ə yaxın idmançının mübarizə aparacağı oyunlara daxil olan idman növlərinin təqlid olunduğu rəqslər nümayiş olunub. Tədbir idmançılar və hakimlər adından andiçmə ilə davam edib və sonda konsert proqramı ilə başa çatıb.