21 iyun 2024. Cümə

Messi: "Məşqçi olmaq istəmirəm"


Messi: "Məşqçi olmaq istəmirəm"

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasını bitirdikdən sonra məşqçiliklə məşğul olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

Bu barədə 90deqiqe.Az xarici mediaya istinadən xəbər verir.

“Mən həmişə deyirdim ki, məşqçi olmaq istəmirəm. Bu mənim xoşuma gəlmir”, - deyə o bildirib.

Messi 2023-cü ilin yayında azad agent kimi PSJ-dən “İnter Mayami”yə keçib. 36 yaşlı oyunçunun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. “Transfermarkt” argentinalıya 30 milyon avro dəyərində qiymət verir.

Bu mövsüm Messi 15 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Ümumilikdə, hücumçu karyerası ərzində 904 oyun keçirib, bu oyunlarda o, 735 qol vurub və 355 məhsuldar ötürmə verib.

Messi 10 İspaniya çempionluğu kuboku, yeddi İspaniya kuboku və səkkiz İspaniya Superkubokunu qazanıb. O, həmçinin dörd Çempionlar Liqası, üç UEFA Super Kuboku və bir Dünya Kubokunu başı üzərinə qaldırıb.







Xəbər news

"Boston" NBA çempionu oldu  - Rekord
  • Xəbər news
  • 11:12 18.06.2024
"Boston" NBA çempionu oldu - Rekord
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı
  • Xəbər news
  • 19:36 15.06.2024
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı