- Xəbər news
- 15:39 14.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Hindistanın Qandinaqar şəhərində təşkil edilən şahmat üzrə gənclər arasında dünya çempionatına yekun vurulub.
90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, ötən il 18 yaşlılar arasında dünya çempionatının qızıl medalını qazanan Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva mötəbər yarışda da mükafata layiq görülüb. 11 turdan sonra 8,5 xal toplayan A.Allahverdiyeva dünya çempionatında bürünc medal əldə edib.
Digər şahmatçılarımız Nərmin Abdinova və Səbinə Rzalı mükafatçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb.