1 fevral 2026. Bazar günü

Millimizin futbolçusundan het-trik


Millimizin futbolçusundan het-trik

Slavya'ın gənclər komandasında çıxış edən 21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Fərid Nəbiyev Praqa klubunda növbəti qollarını vurub.

Corner.az-ın məlumatına görə, gənc hücumçu komandasının "Ştexovitse" ilə yoxlama oyununda het-trik edib. O, 36, 38 və 71-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Fəridin 90 dəqiqə meydanda olduğu qarşılaşma komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO