21 iyun 2024. Cümə

Azərbaycanda ilk dəfə olaraq Qərbi Azərbaycan Kuboku oyunları keçiriləcək - FOTOLAR


Azərbaycanda ilk dəfə olaraq Qərbi Azərbaycan Kuboku oyunları keçiriləcək - FOTOLAR

Mini futbol üzrə Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib

13 iyun 2024-cü il tarixində Qərbi Azərbaycan İcmasının binasında 26 iyun - 06 iyul tarixlərində baş tutacaq mini futbol üzrə Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, püşkatma mərasimi Qərbi Azərbaycan İcması Aparatının rəhbərliyi, rayon icma sədrləri, rayon icmalarının gənclərlə iş üzrə məsul şəxsləri və iştirakçı komandaların kapitanlarının iştirakı ilə təşkil olunub. 

Tədbirin əvvəlində kubokda çıxış edəcək mini futbol komandalarının formaları və oyunların tərtibatı barədə prezentasiya təqdim edilib, daha sonra püşk atılıb və komandaların rəqibləri müəyyənləşib.

Qeyd edək ki, ümumilikdə 20 komanda kubok uğrunda mübarizə aparacaq. A və B qrupu olaraq komandalar iki hissəyə bölünüb və hər qrupdan bir komanda finalda mübarizəni davam etdirəcək. 

Mini futbol üzrə Qərbi Azərbaycan Kubokunun açılış mərasimi iyun ayının 26-da Bakı Tennis Akademiyasının İdman Kompleksində təşkil olunacaq.







Qərbi Azərbaycan Kuboku