29 noyabr 2024. Cümə

AFFA ömürlük cəzalandırılanların qərarını dəyişdirmədi


AFFA ömürlük cəzalandırılanların qərarını dəyişdirmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclasında şikayətlər rədd edilib. 

90deqiqe.Az xəbər verir ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclasında “İrəvan”ın sabiq futbolçusu Fəhmin Muradbəylinin şikayətinə baxılıb. Apelyasiya müraciəti təmin edilməyib və onun danışılmış oyunlarda iştirakı səbəbilə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük məhrum edilməsinə dair qərar qüvvədə saxlanılıb.

Eyni iclasda, “Azərbaycan Qartalları” uşaq futbol klubunun məşqçisi Rüfət Həsənovun apelyasiya şikayətinə də baxılıb. Onun da danışılmış oyunlarda iştirakı səbəbilə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük məhrum edilməsinə dair qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir