21 iyun 2024. Cümə

BOK eSports Olimpiya Oyunlarını təsis etdi


BOK eSports Olimpiya Oyunlarını təsis etdi

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Şurası elektron idman növləri üzrə Olimpiya Oyunlarının yaradılması məsələsini nəzərdən keçirir.

90deqiqe.Az xəbər verir ki, bu məsələ ilə bağlı səsvermə BOK-un Parisdə (Fransa) Olimpiya Oyunları zamanı baş tutacaq 142-ci sessiyasında keçiriləcək. BOK artıq potensial ev sahibi ölkə ilə danışıqlar aparır.

“Olimpiya eSports Oyunlarını yaratmaqla BOK irəliyə doğru mühüm addım atır və rəqəmsal inqilabın tempi ilə ayaqlaşır. Esports komissiyasımızda təmsil olunan espor icmasının bu təşəbbüsü necə həvəslə qəbul etdiyini görmək bizi çox həyəcanlandırır. Bu, Olimpiya brendinin cəlbediciliyinin və onun təmsil etdiyi dəyərlərin daha bir sübutudur”, - BOK prezidenti Tomas Bax deyib.

BOK-un İcraiyyə Şurasının bugünkü iclasında vurğulanıb ki, olimpiya elektron idman oyunları BOK daxilində Olimpiya Oyunlarının təşkilati və maliyyə modelindən aydın şəkildə ayrılmış tamamilə yeni xüsusi struktur çərçivəsində yaradılmalıdır.







Xəbər news

"Boston" NBA çempionu oldu  - Rekord
  • Xəbər news
  • 11:12 18.06.2024
"Boston" NBA çempionu oldu - Rekord
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı
  • Xəbər news
  • 19:36 15.06.2024
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı