21 iyun 2024. Cümə

“Qarabağ gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun


“Qarabağ gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun

10 iyul 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərlotereya ASC-nin tərəfdaşlığı, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) informasiya dəstəyi ilə “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, “Qaytağı” instrumental ansamblı və caz musiqiçiləri iştirak edəcək.

Konsertin biletləri artıq satışa çıxarılıb. Biletləri iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür.

Bilet əldə etmək üçün linkə keçid edin: https://iticket.az/events/concerts/karabakh-night/120249

Xüsusi olaraq vurğulamaq istəyirik ki, konsertdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəniyyət obyektlərinin yenidən qurulmasına yönəldiləcək.

Xatırladaq ki, “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci il tarixində Bakıda, ikinci konsert isə 17 iyun 2023-cü il tarixində Gəncədə təşkil olunub. Hər iki konsertdən əldə edilən vəsait Qarabağda yerləşən tarixi abidələrin bərpasına yönəldilib.

Əziz həmvətənlər, hər kəsi işğaldan azad edilmiş ərazilərin bərpasını dəstəkləmək üçün konsertə bilet əldə etməyə dəvət edirik.

Hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.

Həmrəy olaq, Qarabağı birlikdə daha gözəl bərpa edək!







Xəbər news

"Boston" NBA çempionu oldu  - Rekord
  • Xəbər news
  • 11:12 18.06.2024
"Boston" NBA çempionu oldu - Rekord
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı
  • Xəbər news
  • 19:36 15.06.2024
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı