29 noyabr 2024. Cümə

İdmançımız Avropa birinciliyində gümüş medal qazandı


İdmançımız Avropa birinciliyində gümüş medal qazandı

15-24 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. Yarışda 36 ölkədən 461 idmançı (218 qız və 243 oğlan) iştirak edir.

90deqiqe.Az xəbər verir ki, bugün yarışa qatılan idmançılarımız arasında ilk olaraq Nuray Əbilova körpücük üzərinə çıxıb. O, 15 yaşa qədər atletlər arasında 40 kq çəki dərəcəsində yarışıb və birdən qaldırma hərəkətində 49 kq ağırlığı ram edərək gümüş medala sahib çıxıb.

Təkanla qaldırma hərəkətində isə Nuray 57 kq ağırlığı qaldırıb və bu hərəkətdə 5-ci yeri tutub. Ümumilikdə 106 kq (49+57) nəticə göstərən Əbilova yekun sıralamada 4-cü yeri tutub.

 







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir