- Xəbər news
- 22:11 05.12.2025
Barcelona'nın "Atletico"dan heyətinə qatdığı Antuan Qrizmann keçmiş baş məşqçisi Dieqo Simeone ilə Kataloniya klubunun çalışdırıcısı Ernesto Valverdeni müqayisə edib.
Corner.az xəbər verir ki, İspaniya mətbuatına açıqlamasında məşqçilərin xarakterlərində fərq olduğunu deyən 28 yaşlı hücumçu qeyd edib ki, Simeone daha əsəbidir:“Bu iki baş məşqçi bir-birindən çox fərqlidir. Simeone çox qışqırırdı, Valverde isə daha sakitdir. Onun çox dəqiq fikirləri var və komandadan nə istədiyini bilir”.
Fransalı hücumçu "Barcelona"nın kapitanı Lionel Messi haqqında da danışıb: “Hər gün Messi ilə birlikdə oynamağı xəyal edirdim. Onunla məşq etmək, yanında oynamaq mənim üçün çox gözəl olacaq”.