- Xəbər news
- 22:34 14.11.2024
Bu gün, iyunun 18-də Bostonda Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsinin final seriyasının "Boston Seltiks" və "Dallas Maveriks" komandaları arasında beşinci oyunu keçirilib.
90deqiqe.Az xəbər verir ki, meydan sahibləri 106:88 hesabı ilə qalib gələrək 2023/2024 mövsümünün çempionu olublar (seriyada 4-1).
Beləliklə, "Boston" tarixdə 18-ci dəfə çempion olaraq, NBA-nın ən titullu klubu olub. Qələbələrə görə ikinci yeri "Los Anceles Leykers" (17), üçüncü yerdə isə "Üolden Steyt Varriors" (7) tutur. Cari çempionlar sonuncu dəfə 16 il əvvəl, 2007/2008 mövsümündə qalib olub.
Matçın ən məhsuldar oyunçusu "Boston"un forvardı Ceyson Tatum olub. O, 31 xal, 8 ribaund və 11 məhsuldar ötürmə edib. Onun komanda yoldaşı, Ceylen Braun 21 xal, 8 ribaund və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Dallas”ın ən məhsuldar oyunçusu tripl-dabl edən qolçu Luka Donçiç olub. O, 28 xal toplayıb, 12 ribaund və 12 məhsuldar ötürmə edib. Digər bir oyunçu Kayri İrvinq isə 15 xal, 3 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalıb.