- Xəbər news
- 22:34 14.11.2024
Bu gün UEFA Çempionlar Liqası, UEFA Konfrans Liqası və UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimləri keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirlərdə Azərbaycanın futbol klubları "Qarabağ", "Sabah", "Sumqayıt" və "Zirə"nin potensial rəqibləri müəyyənləşəcək.
UEFA Çempionlar Liqası
"Qarabağ" klubu səpələnmişlər səbətində yer alacaq. Ağdam təmsilçisinin mümkün rəqibləri aşağıdakılardır:
- "Yegelloniya" (Polşa)
- “Flora” (Estoniya) – “Selye” (Sloveniya) cütünün qalibi
- “Virtus” (San-Marino) – “Styaua” (Rumıniya) cütünün qalibi
- “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi
UEFA Konfrans Liqası
"Sabah" və "Sumqayıt" klubları püşkatmada səpələnməmişlər səbətində yer alacaq.
"Sabah"ın potensial rəqibləri:
- “Makkabi” (Hayfa, İsrail)
- “Astana” (Qazaxıstan)
- AEK (Yunanıstan)
- “Marsakloks” (Malta) – “Partizani” (Albaniya) cütünün qalibi
"Sumqayıt"ın potensial rəqibləri:
- “Başakşehər” (Türkiyə)
- “Hapoel” (İsrail)
- “Omoniya” (Kipr)
- “Fehervar” (Macarıstan)
- “Sankt Qallen” (İsveçrə)
UEFA Avropa Liqası
"Zirə" klubu, ilk mərhələdə Moldova "Şerif"ini keçdiyi təqdirdə, aşağıdakı rəqiblərdən biri ilə qarşılaşacaq:
- “Panatinaikos” (Yunanıstan)
- “Makkabi” (İsrail)
- “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi
- “Paksi” (Macarıstan) – “Korvinul” (Çexiya) cütünün qalibi
"Şerif" – "Zirə" cütünün məğlubunu isə aşağıdakı 5 variantdan biri gözləyir:
- "Vaasa" (Finlandiya) – "Jalgiris" (Litva) cütünün qalibi
- "Riqa" (Latviya)
- "Olimpiya" (Sloveniya)
- "Dunayska Ştreda" (Slovakiya)
- "Banik" (Çexiya)
Püşkatma mərasimləri Bakı vaxtı ilə saat 14:00, 16:00 və 18:00-da başlayacaq. Matçlar isə iyulun sonu və avqustun əvvəlində keçiriləcək.