- Xəbər news
- 22:34 14.11.2024
15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi yarışında Azərbaycan idmançısı İsa Əliyev uğur qazanıb.
90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, Əliyev, 73 kq çəki ilə körpücük üzərinə çıxaraq mübarizəyə başlayıb və 112 kq-ı başı üzərinə qaldıraraq, qızıl medal qazanıb.
Təkanla qaldırma hərəkətində isə 137 kq-lıq ram ilə gümüş medalın sahibi olub. İdmançımız toplamda 249 kq-lıq nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıb.