6 dekabr 2025. Şənbə

Məşhur futbolçu karyerasını başa vurdu


Məşhur futbolçu karyerasını başa vurdu
Fransa millisinin sabiq futbolçusu Patris Evra karyerasını başa vurub. 

Corner.az xəbər verir ki, bunu 38 yaşlı müdafiəçi İtaliya mətbuatına özü açıqlama verib. O, məşqçi kimi çalışmaq istədiyini bildirib: "Futbolçu karyeram rəsmən başa çatdı. 2013-cü ildə UEFA-nın B kateqoriyalı kursunda iştirak etmişəm. Təhsilimi bitirmək və A lisenziyasını almaq istəyirəm. Hər şey plan üzrə getsə, il yarımdan sonra istənilən klubu çalışdırmağa hazır olacam".

Qeyd edək ki, Evra karyerası ərzində "Marsala", "Monza", "Nitsa", "Monako", "Mançester Yunayted", "Yuventus", "Marsel" və "Vest Hem"də çıxış edib.





Xəbər news