- Xəbər news
- 22:11 05.12.2025
Arsenal'ın baş məşqçisi Unay Emeri ötən həftə Londonda bıçaqlı hücuma məruz qalan Məsut Özil və Sead Kolaşinaç haqda danışıb.
Corner.az xəbər verir ki, Emeri onların "Lion"la keçirilən yoldaşlıq oyununda iştirak etməməsi ilə bağlı bunları deyib:
"Bəli, Məsutla Kolaşinaçı oynatmadım. Çünki 100 faiz bilirdim ki, fikirləri futbolda deyil.Özlərini güvəndə hiss etməli, sakitləşmələri və bir az ailələri ilə vaxt keçirməlidirlər. Onlarla danışdım, bir neçə gün sonra komanda ilə birgə məşqlərə qoşulacaqlar".