Zidan'ın Beyl'dən xoşu gəlmir - Menecer
Real'ın futbolçusu Qaret Beylin meneceri Conatan Barnett növbəti dəfə Zinəddin Zidan haqda açıqlama verib.Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, C. Barnett "Madrid klubu"un baş məşqçisinin Beyli xoşlamadığını deyib:"Zidanın Beyldən xoşu gəlmir. Onların arasında heç bir münasibət yoxur və heç vaxt da olmayıb. O, "Real"da qalmaq istəyir.Zidanın bunu istədiyindən əmin deyiləm. Ancaq Beyl komandadan ayrılmaq niyyətində deyil".Qeyd edək ki, Beylin komandadan ayrılması gözlənilir.