- Xəbər news
- 22:34 14.11.2024
Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları başa çatıb.
90deqiqe.Az xəbər verir ki, boksçularımızdan Seyid Seyidov (86 kq) gümüş, Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Tural Sarıyev (48 kq) və Vətən Hüseynli (92 kq) bürünc medala layiq görülüblər.
Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası gümüş medal qazanıb, şpaqa üzrə qızlardan ibarət komandamız isə bürünc medala sahib olub.
Cüdoçularımız Musa Huseynli (90 kq) və Camal Feyziyev (+100 kq) də bürünc medalla geri dönüblər.
Ümumilikdə, Azərbaycan idmançıları yarışları 34 medalla başa vurublar. Medallardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan, oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.