1 fevral 2026. Bazar günü

Keşlə'nin ilk oyununun vaxtı bilindi


Keşlə'nin ilk oyununun vaxtı bilindi

Keşlə'nin Türkiyədəki təlim-məşq toplanışı davam edir.

Corner.az xəbər verir ki, Bakı klubunun qardaş ölkədəki hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama matçının başlama saatı müəyyənləşib.

Tərlan Əhmədovun çalışdırdığı kollektiv iyulun 31-də Türkiyənin 1 liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. “Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda baş tutacaq qarşılaşmaya saat 17:00-da start veriləcək.

“Keşlə” toplanış çərçivəsində bütövlükdə 3 yoxlama matçı keçirməyi planlaşdırır. Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblər isə hələ bilinmir.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO