- 21:47 07.07.2024
"Bu, Qərbi Azərbaycanla bağlı ilk dəfə keçirilən mini-futbol turniridir".
Bunu 90deqiqe.Az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov deyib. O bildirib ki, burada əsas məqsəd Qərbi Azərbaycan gənclərinin bir araya toplanması, onlar arasında əlaqələrin genişləndirilməsi, dostluq görüşlərinin təşkil olunması, eləcə də sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir: "Ona görə sevincliyik ki, burada gənclər aktiv, fəal iştirak edirlər. Onların iştirakı bizim hamımız üçün önəmlidir ki, onlar da öz aralarında kommunikasiyaları quracaqlar və gələcəkdə Qərbi Azərbaycan ideyalarının daşıyıcıları kimi çalışdıqları sahədən asılı olmayaraq öz töhvələrini verəcəklər. Hər kəsə uğurlar arzulayıram. Güclü qazanacaq".
Qeyd edək ki, bu gün Qərbi Azərbaycan Kubokunun açılışı baş tutub. İlk qarşılaşma "Loru" və "Qarakilsə" komandaları arasında olub. Oyun "Loru" FK-nın "Qarakilsə" FK üzərində 15-2 hesablı qələbəsi ilə başa çatıb.