28 noyabr 2024. Cümə axşamı

"Qərbi Azərbaycan Kubokunun keçiriləcəyi günü səbrsizliklə gözləyirdik" - "Loru" FK-nın baş məşqçisi


"Qərbi Azərbaycan Kubokunun keçiriləcəyi günü səbrsizliklə gözləyirdik"  - "Loru" FK-nın baş məşqçisi

"Neçə illərdir ki, Qərbi Azərbaycan Çempionatının keçiriləcəyi günü gözləyirdik".

Bunu 90deqiqe.Az-a açıqlamasında mini futbol üzrə Qərbi Azərbaycan Kubokunun açılış günündə "Loru" FK-nın baş məşqçisi Vüqar Hacıyev deyib. O, oyunla bağlı təəssüratlarının çox gözəl olduğunu və bu günü səbrsizliklə gözlədiklərini bildirib:

"Oyunla bağlı təəssüratlarımız çox gözəldir. Biz çox həyəcanlıyıq. Neçə illərdir ki, Qərbi Azərbaycan Çempionatının keçiriləcəyi günü gözləyirdik. Biz də öz rayonumuzu təmsil edərək bu çempionatda iştirak edirik. "Loru"nu təmsil edirik. Biz bu günə çox hazırlaşırdıq. Qələbə meydanlardan başlayır. Bu gün ilk qələbəmizdir. İnşallah, biz rayonumuzu üçün də qələbə qazanacağıq". 

Qeyd edək ki, mini futbol üzrə Qərbi Azərbaycan Kubokunun açılış günündə keçirilən qarşılaşma "Loru" FK-nın "Qarakilsə" FK üzərində 15-2 hesablı qələbəsi ilə başa çatıb.







Qərbi Azərbaycan Kuboku