1 fevral 2026. Bazar günü

Liverpul'un futbolçusundan xeyirxah addım - FOTO


Liverpul'un futbolçusundan xeyirxah addım - FOTO

İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Mane Seneqalda doğulduğu kənddə məktəb tikintisinə 270 min avro ayırıb.

Corner.az xəbər verir ki, təhsil ocağının inşası başa çatmaq üzrədir. 27 yaşlı hücumçu daha öncə xəstəxana inşa etdirib. O həmçinin davamlı olaraq aztəminatlı ailələrə maddi yardım edir.

Qeyd edək ki, Fransanın “Mets” klubunun yetirməsi olan Mane daha öncə Avstriyanın “Zaltsburq” və İngiltərənin “Sautqempton” komandalarının formasını geyinib.(report)










Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO