30 iyun 2024. Bazar günü

Qərbi Azərbaycan Kubokunda növbəti oyunların cədvəli məlum olub - FOTOLAR


Qərbi Azərbaycan Kubokunda növbəti oyunların cədvəli məlum olub - FOTOLAR

 

Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə tarixdə ilk dəfə olaraq keçirilən mini-futbol üzrə Qərbi Azərbaycan Kubokunda növbəti oyunların cədvəli məlum olub.

90deqiqe.Az-ın məlumatına görə, görüşlər iyunun 30-da və iyulun 1-də keçiriləcək.

Bütün oyunlar Bakı Tennis Akademiyasının qapalı meydançasında təşkil olunacaq.

Xatırladaq ki, iyunun 26-da "Qərbi Azərbaycan Kubok"u uğrunda mini futbol turnirinin açılış mərasimi keçirilib. İlk görüşdə "Loru" FK "Qarakilsə" FK üzərində 15:2 hesablı qələbə qazanıb.

Əlavə edək ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə keçirilən mini futbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə keçirilir.

30 iyun

19:00. "Hamamlı" FK  - "Barana" FK

20:00. "Amasiya" FK - "Meğri" FK

21:00. "Zəngibasar" FK - "Karvansaray" FK

22:00.  "İrəvan" FK - "Qəmərli" FK  

23:00. "Çəmbərək" FK - "Gorus" FK

 

1 iyul

12:00. "Axta" FK  - "Basarkeçər" FK

13:00. "Qafan" FK - "Sərdarabad" FK

14:00. "Paşalı" FK - "Loru" FK







Qərbi Azərbaycan Kuboku