30 iyun 2024. Bazar günü

Əziz Ələkbərli: “Bu turnir gəncləri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında daha sıx birləşdirəcək”


Əziz Ələkbərli: “Bu turnir gəncləri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında daha sıx birləşdirəcək”

“Qərbi Azərbaycan kuboku uğrunda minifutbol turnirinin keçirilməsi Qərbi Azərbaycan İcmasının gerçəkləşdirdiyi mühüm layihələrdən biridir”. 

Bu sözləri 90deqiqe.Az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Sədr bildirib ki, Qərbi Azərbaycanın müxtəlif mahallarının futbol komandalarının iştirak etdiyi bu turnir gəncləri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında daha sıx birləşdirməklə yanaşı, bu ideyanı gündəmdə saxlamağa, ümummilli ideyaya çevirməyə də xidmət edir: “Biz bu günlərdə Naxçıvanda keçirdiyimiz Qərbi Azərbaycana qayıdış festivalı ilə, indi Qərbi Azərbaycanın rayonları arasında təşkil etdiyimiz futbol turniri ilə artıq bu ümummilli ideyanı auditoriyalardan, iclas salonlarından daha geniş auditoriyaya – xalq içərisinə daşımış olduq. Heç şübhəsiz, futbol həvəskarları ilə işimizi bu turnirlə bitmiş hesab edən deyilik, ilk oyun göstərdi ki, bu komandalarda çox perspektivli gənclərimiz var və biz, şübhəsiz ki, onlardan Azərbaycanın futbol çempionatında öz sözünü deyə biləcək mükəmməl bir klub formalaşdırmaq niyyətindəyik”.







Qərbi Azərbaycan Kuboku