- Xəbər news
- 22:34 14.11.2024
Sofiyada keçirilən yeniyetmə cüdoçular arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisinin 5 idmançısı mübarizə aparıb.
90deqiqe.Az xəbər verir ki, - 73 kq-da mübarizə aparan Cəsur İbadlı Burak Senquru (Türkiyə) və Tiqran Saruxanyanı (Ermənistan) məğlub edərək 1/4 finala yüksəlib. Günün digər nəticələri belədir:
-66 kq: Səlim Sultanov Samuel Brisuda (Slovakiya) üzərində qələbə qazansa da, Yaroslav Bunakova (AİN) məğlub olub.
- 52 kq: Vüsalə Hacıyeva Keyt Krisholma (Böyük Britaniya) məğlub olub, Aysun Məmmədova Yanka Yutnerə (Macarıstan) məğlub olub.
- 57 kq: Aytən Verdiyeva Amili Sçerbova (Çexiya) üzərində qələbə qazanıb, lakin Hili Zakroiskiyə (İsrail) məğlub olub.
Qeyd edək ki, yarışın ilk günündə Bahadır Feyzullayev (50 kq) qızıl, Məhəmmədəli Hüsiyev (50 kq) bürünc medal qazanıb.