19 iyul 2024. Cümə

Azərbaycan gimnastı “Asiya uşaqları” Beynəlxalq İdman Oyunlarında finala yüksəlib

"Asiya uşaqları"


Azərbaycan gimnastı “Asiya uşaqları” Beynəlxalq İdman Oyunlarında finala yüksəlib

Azərbaycan gimnastı Şəms Ağahüseynova Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında finala vəsiqə qazanıb.

90deqiqe.Az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz həlledici mərhələyə bədii gimnastika üzrə yarışda lent ilə yüksəlib.

Qeyd edək ki, iyunun 26-da startı verilən yarış iyulun 6-na qədər davam edəcək.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə üzgüçülərimizdən Süleyman İsmayılzadə 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla isə bürünc medal qazanıb.

Bu beynəlxalq yarışda ölkəmizi üzgüçülük idman növü üzrə milli komandanın üzvləri – İdman ustası Oqtay Hüseynov, İdman Ustası Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Xumar Mustafayeva təmsil edirlər.

"Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük yarışları 28 iyun-4 iyul tarixlərində davam edəcək.







Xəbər news