26 mart 2026. Cümə axşamı

Emin oynamadı, Kalmar uduzdu


Emin oynamadı, Kalmar uduzdu

İsveç çempionatında 17-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin çıxış etdiyi “Kalmar” da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə “Elfsborq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub olub. – 1:2.

Emin bu görüşdə çıxış etməyib. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki,“Kalmar” hazırda 13 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.







Xəbər news