3 iyul 2024. Çərşənbə

Qərbi Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib - FOTOLAR


Qərbi Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib - FOTOLAR

Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə tarixdə ilk dəfə olaraq keçirilən mini-futbol üzrə Qərbi Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Bakı Tennis Akademiyasının qapalı meydançasında təşkil olunan yarışda beş qarşılaşma baş tutub.

Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

30 iyun

19:00. "Hamamlı" FK  - "Barana" FK - 2:3

20:00. "Amasiya" FK - "Meğri" FK - 3:4

21:00. "Zəngibasar" FK - "Karvansaray" FK - 2:6

22:00.  "İrəvan" FK - "Qəmərli" FK  - 0:22

23:00. "Çəmbərək" FK - "Gorus" FK - 13:1

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə keçirilən mini futbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə keçirilir.

 







Qərbi Azərbaycan Kuboku