4 iyul 2024. Cümə axşamı

Qərbi Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib - NƏTİCƏLƏR


Qərbi Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib  - NƏTİCƏLƏR

Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə tarixdə ilk dəfə olaraq keçirilən mini-futbol üzrə Qərbi Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Bakı Tennis Akademiyasının qapalı meydançasında təşkil olunan yarışda dörd qarşılaşma baş tutub.

Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

1 iyul

12:00. "Axta" FK  - "Basarkeçər" FK - 3:5

13:00. "Qafan" FK - "Sərdarabad" FK - 7:0

14:00. "Paşalı" FK - "Loru" FK - 1:7

15:00.  "Keşikənd" FK - "Karvansara" FK  - 7:5

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə keçirilən mini futbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə keçirilir.







Qərbi Azərbaycan Kuboku