- Xəbər news
- 21:58 14.03.2026
Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov peşəkar karyerasını başa vurub.
Corner.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə “Instagram” hesabında yazıb. Səmədov karyerası ərzində ona dəstək olan ailəsinə, dostlarına, məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, Rusiya futbolunun yetirməsi olan A.Səmədov “Spartak”, “Lokomotiv”, “Moskva”, “Dinamo” və “Krılya Sovetov”da oynayıb. 2000-ci illərin əvvəllərində o, Azərbaycan milli komandasının düşərgəsində təlim-məşq toplanışında olub. Lakin sonradan AFFA tərəfindən ona göndərilən təkliflərin heç birini qəbul etməyib.