5 iyul 2024. Cümə

"Bu kimi tədbirlər Qərbi Azərbaycana qayıdış ideyamızın gəncliyə ötürülməsində düşünülmüş möhtəşəm layihədir"


"Bu kimi tədbirlər Qərbi Azərbaycana qayıdış ideyamızın gəncliyə ötürülməsində düşünülmüş möhtəşəm layihədir"

"Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə keçirilən rayon icmaları arası mini futbol yarışlarının finalı Azərbaycanda bitəcək, rəqabətimiz meydanda qalacaq, əks- sədası, çox mənalı mesajı isə maraqlı ünvanlarda lazımi effektini verəcəkdir, qayıdışımızın möhtəşəmliyinin elementlərindən birinə çevriləcəkdir."

Bu sözləri 90deqiqe.Az-a açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Zəngibasar rayon icmasının sədri Mirfaiq Mirheydərli deyib.

M.Mirheydərli bildirib ki, bu kimi tədbirlər Qərbi Azərbaycana qayıdış ideyamızın gəncliyə ötürülməsində düşünülmüş möhtəşəm layihədir:

"Bu kimi tədbirləri Qərbi Azərbaycana qayıdış ideyamızın gəncliyə ötürülməsində düşünülmüş möhtəşəm layihələrdən hesab edirəm.Bir sözlə, Qərbi Azərbaycan İcması vətənə doğru var gücü ilə fiziki, ideoloji, elmi, pedaqoji və digər sahələr üzrə potensialı hərəkətə gətirmişdir. Bu enerji mənbəyi və mərkəzi İnşəAllah ki, qayıdışımızın təmin olunmasında əsas qüvvə kimi fəaliyyət göstərəcək.Bu güc Qərbi Azərbaycana qayıdışdan sonra tarixdən dərs çıxararaq vətəndə hüquqlarımızın qorunmasında, inkişafımızın təmin olunmasında yeni keyfiyyətdə fəaliyyətini quracaqdır."

 







Qərbi Azərbaycan Kuboku