7 iyul 2024. Bazar günü

Qərbi Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib - NƏTİCƏLƏR - FOTO


Qərbi Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib   - NƏTİCƏLƏR - FOTO

Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə tarixdə ilk dəfə olaraq keçirilən mini-futbol üzrə Qərbi Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Bakı Tennis Akademiyasının qapalı meydançasında təşkil olunan yarışda iki qarşılaşma baş tutub.

Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

3 iyul

"Qəmərli" FK  - "Basarkeçər" FK - 4:2

"Qafan" FK - "Meğri" FK - 3:0

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə keçirilən mini futbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə keçirilir.







Qərbi Azərbaycan Kuboku