8 iyul 2024. Bazar ertəsi

Qərbi Azərbaycan Kuboku: - yarımfinal oynanılıb - FOTOLAR


Qərbi Azərbaycan Kuboku:  -  yarımfinal oynanılıb - FOTOLAR

Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə tarixdə ilk dəfə olaraq keçirilən mini-futbol üzrə Qərbi Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Bakı Tennis Akademiyasının qapalı meydançasında təşkil olunan yarışda bir  qarşılaşma baş tutub.

Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

4 iyul

"Qafan" FK  - "Loru" FK - 6:2

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə keçirilən mini futbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə keçirilir.







Qərbi Azərbaycan Kuboku