26 mart 2026. Cümə axşamı

Qarabağ yenə azarkeşlərə pulsuz avtobus ayırdı


Qarabağ yenə azarkeşlərə pulsuz avtobus ayırdı

Qarabağ sabah  Çempionlar Liqasının II təsnifat mərhələsində "Dalğa Arena"da İrlandiyanın "Dundalk" klubu ilə qarşılaşacaq.

Corner.az klubun rəsmi Feysbuk səhifəsində istinadən xəbər verir ki, azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün “Qarabağ” tərəfindən xüsusi avtobuslar ayrılıb.


Sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Qarşılaşmadan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq.

Xatırladaq ki, görüş saat 21:00-da başlayacaq.







Xəbər news