5 oktyabr 2024. Şənbə

Qərbi Azərbaycan Kuboku: - finalçılar bəlli oldu - FOTOLAR


Qərbi Azərbaycan Kuboku:  -  finalçılar bəlli oldu  - FOTOLAR

Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə tarixdə ilk dəfə olaraq keçirilən mini-futbol üzrə Qərbi Azərbaycan Kubokunda digər finalçı da bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə,  Bakı Tennis Akademiyasının qapalı meydançasında təşkil olunan turnirin ikinci yarımfinal görüşündə “Qəmərli” və “Keşişkənd” rayon komandaları üz-üzə gəliblər.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qəmərli” komandası finalda Qafan” komandasına rəqib olub. 

Qeyd edək ki, Qərbi Azərbaycan Kubokunda həlledici oyun iyulun 7-də oynanılacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və  təşkilatçılığı ilə keçirilən mini futbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə keçirilir.

 







Qərbi Azərbaycan Kuboku