- Xəbər news
- 22:11 05.12.2025
"Zirə" Türkiyədə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyuna çıxıb.
Corner.az-ın məlumatına görə, paytaxt təmsilçisi Nigeriyanın əsas liqa klubu "Heartland"la üz-üzə gəlib və 5:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, "Zirə" bundan əvvəl Rumıniya "Konkordiya"sı ilə qolsuz bərabərə qalıb, Türkiyə klubu "Adana Dəmirspor"a məğlub olub (2:3).
30 iyul
Yoxlama oyunu
"Zirə" - "Heartland" - 5:0
Qollar: Miloş Bakraç, Nicat Süleymanov, Şafik Tiqrudca-pen, Robin Nqalande, Tellur Mütəllimov.