- Xəbər news
- 22:34 14.11.2024
Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa Çempionatı sona yaxınlaşır.
90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, bu gün sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.
57 kq çəki dərəcəsində mübarizə aparan Vasif Bağırov finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Gərgin keçən görüşdə Vasif uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib və 6:8 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
79 kq çəki dərəcəsində Nurudin Maqomedqadjiyev təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabı ilə məğlub olub və medal qazana bilməyib.
97 kq çəki dərəcəsində isə Xetaq Karsanov finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Əzmkar qələbə qazanan Xetaq 5:4 hesabı ilə qalib gələrək Avropa çempionu olub.