- 21:47 07.07.2024
Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və təşkilatçılığı ilə tarixdə ilk dəfə olaraq keçirilən mini-futbol üzrə Qərbi Azərbaycan Kubokunda bu gün final və 3-cü yer uğrunda oyunlar keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, ilk öncə 3-cü yer uğrunda qarşılaşmada "Loru FK" və "Keşkənd" rayon komandaları qarşılaşıb. Əsas vaxtda hesab 1-1 hesabı ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Burda 11 metrlik zərbəni daha dəqiq yerinə yetirən "Loru" FK turnirin bürünc mükafatına sahib olub.
Turnirin final oyununda "Qafan" FK və "Qəmərli" FK komandaları üz-üzə gəlib. Bu görüşdə də əsas vaxtda hesab 2-2 hesabı ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Burda 11 metrlik zərbəni daha dəqiq yerinə yetirən turnirin "Qafan" komandası "Qərbi Azərbaycan Kuboku"nu başı üzərinə qaldırıb.
Turnirin bitimində müxtəlif nominasiyalar üzrə ən yaxşılarda mükafatlarına qovuşublar.
Turnirin ən yaxşı qapıçısı Əkbər Hüseynli "Loru" FK
Turnirin bombardiri Ramazan Abbasov 17 qol "Qəmərli" FK