6 dekabr 2025. Şənbə

Tottenham Real'a qalib gəldi, Bavariya'dan darmadağın


Tottenham Real'a qalib gəldi, Bavariya'dan darmadağın

"Audi kuboku"nda 1/2 final mərhələsinin növbəti oyunu keçirilib.

Corner.az-ın məlumatına görə, Bavariya Fənərbaxça'yla qarşılaşıb və rəqibini darmadağın edib. Qapısından 6 top buraxan İstanbul təmsilçisi bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıb.


Digər matçda isə "Tottenham" "Real"ı minimal hesabla məğlub edib. Beləliklə, "Bavariya" və "Tottenham" turnirin finalında, "Fənərbaxça" və "Real" isə 3-cü yer uğrunda qarşılaşacaqlar 

"Audi kuboku" turniri

30 iyul

"Bavariya" 6-1 "Fənərbaxça" 
Qollar:
 R. Sançes, 22 (1:0), L. Qoretska, 28 (2:0), T. Müller, 31 (3:0), 43-penalti (5:0), 58 (6:0), K. Koman, 40 (4:0), M. Kruse, 64 (5:1)

"Real Madrid" 0-1 "Tottenham"

Qol: H.Keyn, 22







Xəbər news