6 oktyabr 2024. Bazar günü

Azərbaycanlı akrobatika gimnastları "Turin Acro Cup"da 4 medal qazandı


  • Offside
  • 19:36 08.07.2024
  • Oxunma sayı: 146
Azərbaycanlı akrobatika gimnastları "Turin Acro Cup"da 4 medal qazandı

5-7 iyul tarixlərində İtaliyanın Turin şəhərində keçirilmiş “Turin Acro Cup” adlı beynəlxalq yarışda Azərbaycan gimnastları uğurlu nəticələr əldə ediblər.

90deqiqe.Az xəbər verir ki, bütün təmsilçilərimiz yarışdan medalla ayrılıb.

Rəhimov Ağasif və Seyidli Raziyədən ibarət qarışıq cütlük 82.310 xalla birinci yeri tutaraq qızıl medala sahib olub. Kişi cütlüyü Rəfiyev Murad və Abbasov Daniel də uğurla çıxış edərək 81.650 xal toplamaqla birinci yeri qazanıblar.

Qadın qrupumuz da uğurlu çıxış edib. Zeyniyeva Nəzrin, Bashiri Anahita və Rəşidova Zəhradan ibarət qrup 83.890 xal toplayaraq qızıl medala layiq görülüb. Kişi qrupumuz, Səfərov Riad, Əl-Məşayxi Abdulla, Seyidli Rəsul və Cəfərov Seymur isə 79.800 xalla ikinci yeri tutaraq gümüş medal qazanıblar.

Beləliklə, Azərbaycan gimnastları “Turin Acro Cup” adlı beynəlxalq yarışdan 3 qızıl və 1 gümüş medal olmaqla ümumilikdə 4 medalla ayrılıblar. 







Xəbər news