31 yanvar 2026. Şənbə

“Futbolçulara ödənilən pullar yersizdir”


“Futbolçulara ödənilən pullar yersizdir”

PSG'nin futbolçusu K.Mbappe futbolçuların yüksək məbləğli maaş almasına münasibət bildirib.

Corner.az-ın qol.az-a istinadən məlumatına görə, bu haqda İsveçrə mətbuatına danışan 19 yaşlı hücumçu bəzi futbolçulara ödənən pulların yersiz olduğunu deyib:“Mən sadə bir ailədən gəlirəm, buna görə də açıq danışa bilərəm. Fikrimcə, futbolçulara ödənilən pullar yersizdir. Bəli, həqiqətən də lazımsızdır, amma belədir. Artıq futbolçu bazarı belə işləyir. Təkcə mən futbol dünyasında dəyişiklik edə bilmərəm. Özüm də bu sistemin içindəyəm”.

Qeyd edək ki, K. Mbappe mövsümün əvvəlində “Monaco”dan 180 milyon avroya PSG klubuna transfer olunub. 








Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO