- Xəbər news
- 22:11 05.12.2025
Manchester United yoxlama oyununda Norveçin “Kristiansud” klubu ilə qarşılaşıb.
Corner.az xəbər verir ki, görüş “qırmızı şeytanlar”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Sözügedən oyunda “Manchester United”in baş məşqçisi Ole-Qunnar Sulşerin oğlu Noa Sulşer də iştirak edib. Bu, Norveç təmsilçisində çıxış edən 19 yaşlı yarımmüdafiəçinin peşəkar karyerasında əsas komanda ilə debüt matçı olub.