23 noyabr 2024. Şənbə

Günə daha gümrah başlamaq üçün hansı içki və qidaları istifadə etmək lazımdır?


Günə daha gümrah başlamaq üçün hansı içki və qidaları istifadə etmək lazımdır?

Türkiyəli qida ekspertləri günə daha gümrah başlamaq üçün istifadə edilə biləcək içki və qidaları açıqlayıblar.

90deqiqe.Az Türkiyə KİV-ə istinadən bildirir ki,  sağlamlıq problemi olmayan şəxslər səhərlər qəhvə içə bilərlər. Bu zaman bədəndə olan artıq toksinləri aradan qaldıra bilərlər.
 
Həmçinin qəhvə içmək siroz və qaraciyər xərçəngi riskinin aşağı olması ilə də əlaqəlidir. Səhərlər qreypfrut və çuğundur şirəsi içmək də oxşar nəticələr verə bilər. İçkilərin tərkibindəki antioksidantlar oksidləşdirici stressi və piyləri azaldır.

Həmçinin səhər yeməyində  yağlı balıqlar, kələm, üzüm, qaragilə kimi qidalara üstünlük verilməlidir.

Bundan başqa sitrus şirələrini acqarına içmək mənfi nəticələrə gətirib çıxara bilər. Bura daha çox mağazada satılan yüksək şəkər olan şirələrdən daxildir. Mümkün mədə ağrısının qarşısını almaq üçün hətta lif və antioksidantlarla zəngin olan təzə təbii şirələr  səhər yeməyində istifadəsi tövsiyə olunur.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir