- Xəbər news
- 22:34 14.11.2024
Sosial şəbəkələrdə bəzi dərman vasitələrinin müxtəlif xəstəliklərin müalicəsi kimi vətəndaşlara reklam edilərək, satılır.
Hətta son 2 ayda Toksikologiya Mərkəzinin məlumatına görə, 50 nəfər dərman zəhərləməsi ilə müraciət edib.
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev 90deqiqe.Az-a bildirir ki, sosial şəbəkələrdə reklam olunan dərmanları alaraq özbaşına istifadə etmək insan səhhəti üçün çox təhlükəlidir "Bu aktual olan bir məsələdir. İndi bir çox xəstəliklər dünyada qəbul olunmuş bir çox protokollar əsasında müraciət olunur. Həkim dərmanin qiymətinə və keyfiyyətina cavabdeh deyil. Buna adiyyatı yoxdur. Təbii ki dərmanlarda problemlər çoxdur. Bu problemləri hələ biz yaşayacağıq. Nə qədər ki, özümüzün ölkəmizdə dərman zavodları yoxdur. Dərman təchizatımizin 50-60 faizini həll etməsək bu kimi problemlərləri biz yaşayacağıq. Xaricdən gətirilən dərmanların keyfiyyətindən xəbərsiz oluruq və insafa qalırıq"