- Xəbər news
- 22:11 05.12.2025
Bavariya'nın baş məşqçisi Niko Kovaç “şəhərlilər”in baş məşqçisi Pep Qvardioladan üzr istəyib.
Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis Manchester City'nin yarımmüdafiəçisi Leroy Sanenin transferi ilə bağlı səsləndirdiyi fikirlərə görə üzr istəyib.
Kovaç əvvəlcə Sanenin transfer ediləcəyini əminliklə qeyd etsə də, sonradan transfer baş tutmayıb. O, açıqlama verməkdə tələsdiyini etiraf edib: “Mən komandadan üzr istəyirəm. Gələcək çıxışlarımda özümü daha təmkinli aparacam”.
Kovaç müzakirələrin olduğunu, lakin ortaq məxrəcə gələ bilmədiklərini vurğulayıb: “Biz bu barədə Qvardiola ilə danışdıq. Mən müsahibədə bir qədər sərt çıxış etdim. Lakin Pep ilə görüşərək ondan üzr istədim".