- Xəbər news
- 22:34 14.11.2024
Ağdam Olimpiya İdman Kompleksində şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunan 14 – 12 yaşlı cüdoçuların açıq turniri keçirilib.
90deqiqe.Az xəbər verir ki, Ağdam Olimpiya İdman Kompleksinin təşəbbüsü və Gənclər və İdman Nazirliyi, Qarabağ Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil edilən turnirdə respublikanın müxtəlif bölgələrindən 17 komanda üzrə 78 idmançı mübarizə aparıb.
Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə olunan uğurlardan, şəhid polkovnik-leytenant Raquf Orucovun Vətən sevgisindən, həyat və döyüş yolundan bəhs ediblər.
Gərgin idman mübarizəsi ilə yadda qalan yarışda cüdoçular 10 çəki dərəcələrində öz qüvvələrini sınayıblar. Turnirin yekununda qalib idmançılara diplom və medallar təqdim edilib. (azərtac)