- Xəbər news
- 14:29 10.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
2024 Paris Olimpiya Oyunlarının təşkilat komitəsinin mətbuat xidməti, komitənin informasiya sistemlərinin fəaliyyətini pozan böyükmiqyaslı Microsoft xətası ilə bağlı bəyanat verib.
90deqiqe.Az xəbər verir ki, bəyanatda deyilir:
"Olimpiya Oyunları Təşkilat Komitəsinin İT əməliyyatları, oyunlardan bir həftə əvvəl qlobal kibertəhlükələrdən təsirlənib. Biz fəaliyyətimizi davam etdirmək üçün fövqəladə vəziyyət planlarını aktivləşdirib," deyə Paris Təşkilat Komitəsi bildirib.
Bu gün, 19 iyulda, qlobal miqyasda Microsoft sistemlərinin xətası baş verib və bu, dünya üzrə kommunikasiya və hava limanlarının fəaliyyətini pozub və 2024 Paris Olimpiya Komitəsinin informasiya sistemlərinə təsir göstərib.
Xatırladaq ki, Parisdə Olimpiya Oyunları 26 iyuldan 11 avqusta qədər keçiriləcək. Bu gün, 19 iyulda, 2024 Olimpiya və Paralimpiya Oyunlarında "Olimpiya Barışığı"nın müşahidəsi ilə bağlı qərar qəbul edilib.