- Xəbər news
- 22:34 14.11.2024
Beynəlxalq Futbol Federasiyası (FİFA) İsrailin potensial futbol qadağası ilə bağlı qərarını avqustun 31-dək təxirə salıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
May ayında Fələstin Futbol Assosiasiyası (PFA) Qəzzadakı münaqişəyə görə İsraili diskvalifikasiya etmək təklifini təqdim edib. FİFA bu təklifə hüquqi qiymət verilməsini iyulun 20-də şənbə günü keçiriləcək fövqəladə şura iclasında tapşırıb.
Lakin Beynəlxalq Futbol Federasiyası mövcud vəziyyəti təhlil etmək üçün daha çox vaxta ehtiyacı olduğu üçün bu baxışı təxirə salmaq qərarına gəlib.
Vurğulanır ki, hər iki tərəf öz mövqelərini əsaslandırmaq üçün müddətin uzadılması ilə bağlı müraciət edib. Müstəqil qiymətləndirmə avqustun 31-dən gec olmayaraq FİFA-ya təqdim olunacaq. Beləliklə, İsrail yığması 2024-cü il Yay Olimpiya Oyunlarında futbol turnirində iştirak edə biləcək.