6 dekabr 2025. Şənbə

Millimizin futbolçusunun növbəti oyunu


Millimizin futbolçusunun növbəti oyunu

Almaniyanın üçüncü bundesliqasında 3-cü tura yekun vurulub.

Corner.az-ın məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" bu tur səfərdə "Duysburq"un qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

Rüfət start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, 3 turdan sonra 4 xalı olan "Proyssen" 11-ci pillədə qərarlaşıb. "Duysburq" isə 6 xalla 3-cüdür.







Xəbər news