6 dekabr 2025. Şənbə

Qrizmann Suarez arasında "savaş" başladı


Qrizmann Suarez arasında "savaş" başladı

Barcelona'nın futbolçusu Luis Suares komandanın yeni transferi Antuan Qrizmanna soyuq münasibət göstərib.

Corner.az  "Cuatro"ya istinadən xəbər verir ki, uruqvaylı hücumçu məşq zamanı Qrizmanna fikir verməyib, onun tərəfə heç baxmayıb.

Nəşr yazıb ki, Suaresin fransalı hücumçuya  qərəzi DÇ-2018 zamanı yaranmış ola bilər. Belə ki, 28 yaşlı oyunçu mundialın 1/4 finalında Uruqvay millisinə vurduğu qoldan sonra bu ölkədən olan dostlarına hörmət əlaməti olaraq sevinməyib. Suares isə həmin vaxt bu hadisəyə belə şərh verib: "Qrizmann fransalıdır və uruqvaylı olmağın nə olduğunu və bizim kim olduğumuzu bilmir".

Qeyd edək ki, Qrizmann ötən ay "Barcelona" ilə 5 illik müqavilə imzalayıb.(qol)







Xəbər news